Azərbaycan, Bakı, 15 may/ Trend / Mayın 29-30-da Bişkəkdə keçiriləcək MDB və Balitka ölkələrinin dəmir yolu nəqliyyatı Şurasının 48-ci iclasında beynəlxalq yük daşınmalarının tarif siyasəti müzakirə ediləcək. Bu barədə Azərbaycan Dövlət Dəmir Yolunun cümə axşamı yayılan məlumatında deyilir.
Görüşdə 2007-ci ildə və bu ilin birinci rübündə dəmir yolu şəbəkələrində istismar işlərinin başa çatması məsələsini, 2008-2009-cu illərdə qatarların hərəkət qrafikini, konteyner və yük vaqonlarının formalaşdırılması üzrə planın hazırlanması məsələlərini müzakirə etmək nəzərdə tutulur.
ADDY-dan bildiriblər ki, Dəmir Yolunun rəisi Arif Əsgərovun başçılığı ilə Azərbaycanın nümayəndə heyəti görüşdə iştirak edəcək.