...

Rusiyanın "Vneştoqbank"ı Azərbaycanda bank almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2008 06:45 (UTC +04:00)

Ukrayna, Kiyev. 19 may / muxbir Trend Z.Novosvitskiy / Rusiyanın "Vneştoqbank"ı (VTB) Azərbaycanda bank almaq niyyətindədir. Bu barədə bazar günü Kievdə jurnalistlərə Milli bankın sədr müavini Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə hal hazırba Milli bankla biznes strateqiyasının razılaşdırılması prosesi gedir. "Əvvəlcən bəzi sənədləri suallarımız vardır, indi isə razılaşmanı tamamlamaq üzrəyik", - Aslanlı dedi.

O əmin etdi ki Milli bank biznes strateqiyanın yenilənmiş variantını alan kimi VTB-nın azərbaycan bankının kapitalına girişini müzakirə edə bilər. Bununla belə Aslanlı VTB-nın almaq istədiyi bankın adını çekməkdən imtina etdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti