Azərbaycan, Gəncə, 26 may / Trend , müxbir V.Məmmədov/ Bazar ertəsindən etibarən, Gəncədə mərkəzi bazarın fəaliyyəti, onun qeyri - qənaətbəxş sanitar-gigiyena vəziyyətilə əlaqədar dayandırılıb. Bu barədə bazar ertəsi şəhərin gigiyena və epidemiologiya mərkəzinin direktoru Asim Kazımov məlumat verib.
" "Gəncə Bazar" ASC dəfələrlə sanitariya şəraitinin yaxşılaşdırılması ilə bağlı xəbərdarlıq alıb, lakin nəticəsiz olub", - deyə mərkəz rəhbəri bildirib.
Kazımov bildrib ki, bazar üç günlük bağlanıb, lakin bazarın gigiyenik vəziyyəti yaxşılaşdırılmayacağı təqdirdə, bu müddət uzadılacaq.
"Gəncə Bazar" ASC-nin təsərrüfat məsələləri üzrə direktor müavini Həsən Həsənov iradlarla razılaşıb və bildirib ki, bazarda yaranan antisanitar vəziyyət təmir işləri ilə əlaqədardır.
"Hazırda təmizləmə işləri aparılır və bu işləri üç günə qurtarmaq mümkün olmayacaq. Antisanitariya şəraitində işləyən satıcılar 40 yeni satış nöqtəsi ilə təmin ediləcəklər", - deyə Həsənov bildirib.
Gəncənin mərkəzindəki bazar 1953-cü ildən fəaliyyət göstərir. Burada təxminən 500 kənd təsərrüfatı məhsulları satıcı işləyir. 1998-ci ildən bazar ASC kimi fəaliyyət göstərir. Onun ümumi sahəsi 1,4 ha-dır.