...

"General Motors" avtomobil şirkəti Azərbaycanda satış həcmini 20 faizədək artırmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2008 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir E.İsmayılov/ "General Motors" avtomobil şirkəti Azərbaycanın maşın bazarında satış həcmini bazarın ümumi həcmindən 15-20 faizədək artırmaq istərdi. Bu barədə "General Motors"un Mərkəzi və Şərqi Avropada satış, marketinq və postmarketinq üzrə icraçı direktoru Kris Lasey bildirib. Şirkət Azərbaycanda daha çox müqavilə bağlamaq və diler şəbəkəsini genişləndirmək istərdi. "Azərbaycan - olduqca mühüm və sürətlə inkişaf edən ölkədir", - deyə Lasey bildirib.

"Mərkəzi və Şərqi Avropada avtomobil bazarının artım tempi ildə 30 faiz təşkil edir. "General Motors"un bu bazarda satış həcmi isə, ildə 50 faiz artır. Rusiya da daxil olmaqla, bu regionun avtomobil bazarında "General Motors"un payı 10 faiz təşkil edir. Beş il bundan əvvəlsə, bu göstərici üç faiz təşkil edirdi", - deyə Lasey bildirib.

"General Motors" təlabatçıların ehtiyaclarını ödəmək üçün Rusiya, Ukrayna, Özbəkistanda istehsal mərkəzlərini açıb. Lasey bildirib ki, "burada bizim məhsullara tələbat nə qədər çox artarsa, o qədər də biz inkişaf edərik".

"General Motors"un hər bir brenddə öz müştəriləri var və bu müştərilərin istəklərinə müvafiq olaraq, şirkət brendlərlə paralel öz strategiyasını da inkişaf etdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti