...

Price Waterhause Azerdemiryolbank ASC-nin auditini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend / PriceWaterhauseCoopers beynəlxalq audit şirkəti 2007-ci ilin yekunları üzrə Azerdemiryolbank ASC-nin maliyyə fəaliyyəti haqqında hesabatları təsdiqləyib. Bu barədə çərşənbə axşamı bankın İdarə Heyətinin sədr müavini Şahin Mirzəyev məlumat verib.

Balans göstəricilərinə əsasən, ötən il bankın aktivləri 65 faiz - 146,4 mln. manatadək artıb. Bunun 104,2 mln. manatı bir il ərzində 78,3 faiz genişlənən müştərilərə kreditlərin ayrılmasının payına düşüb. Yanvarın 1-nə olan vəziyyətə görə, bankın maddi aktivlərinin dəyəri 10,1 mln. manatı ötüb.

İl ərzində müştəri hesablarındakı vəsaitlərin məbləği 61,5 faiz artıb və 55,35 mln. manata çatıb. Maliyyə təşkilatlarından təcili borcgötürmələr 42,58 mln. manat təşkil edib.

Ötən il Azerdemiryolbank-ın ümumi tənzimləyici kapitalı təqribən 2 dəfə artıb və 25,5 mln. manat olub (bu gün o 32 mln. manat təşkil edir). Ödənilmiş Nizamnamə fondu 10,4 mln. manat qiymətləndirilir.

Bankın məcmu gəlirləri 23,4 mln. manat, vergilərin ödənilməsindən sonra xalis gəlir isə, 4,9 mln. manatdan çox olub.

Azerdemiryolbank 1995-ci ildən hər il fəaliyyətinin yoxlanılması üçün beynəlxalq auditor cəlb edən banklar arasında birincilərdəndir.

Azerdemiryolbank ASC 1989-cu ildə təsis edilib. Onun səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiyanın İnkişaf Maliyyə Şirkəti (İMŞ) var. Bakı və regionlarda Azerdemiryolbank-ın 27 filialı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti