...

İslam İnkişaf Bankının Azərbaycana səfərinin tarixi dəqiqləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir İ.Xəlilova/ Özəl sektorun inkişafı İslam Korporasiyası (İCD, İslam İnkişaf Bankının qrupuna daxildir) iyunun 12-də Bakıda Direktorlar Şurasının növbəti iclasını keçirməyi planlaşdırır. Bu barədə cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat veriblər. İclasda İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmmədəlinin iştirakı gözlənilir. O, İCD Müşahidə Şurasının sədridir.

Onun Azərbaycan prezidenti İlham Əliyev və AR-dan idarəçi, iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcəyi gözlənilir.

Onun nümayəndə heyətində Fars körfəzi ölkələrindən olan 30 sərmayədar təmsil olunacaq. Onlar iyunun 13-də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən təşkil olunan investisiya konfransında iştirak edəcəklər. Tədbirdə İCD ilə birlikdə Caspian International Investment Company (CİİC) çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutuluan layihələr də təqdim olunacaqlar. Əsas vəzifə CİİC-ə ərəb sərmayədarlarının cəlb edilməsidir.

CİİC ötən il noyabrın 29-da, İCD və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) iştirakı ilə yaradılıb. O, 2008-ci ilin martında dövlət qeydiyyatından keçib. Fars körfəzi sərmayədarlarından bu ölkəyə $70 mln. cəlb edilməsi gözlənilir. CİİC-də nəzərdən keçirilən layihələr kommersiya daşınmaz əmlakı (ofis və binalar), loqistika və infrastruktur sahələrinə toxunur.

Konfransdan sonra Caspian International Investment Company islam ölkələrində, əsas etibarilə, Bəhreyn, Qatar, BƏƏ-də road-show keçirmək niyyətindədir.

İki il ərzində Caspian International Investment Company-nin kapitalına $70 mln.-dək vəsait cəlb olunacaq. İlkin mərhələdə o, $3-4 mln. səviyyəsində formalaşdırılacaq.

İlkin mərhələdə İslam Korporasiyasının Caspian International Investment Company-də iştirak payı 75 faiz təşkil edirsə, iki il ərzində Yaxın Şərq və Fars körfəzi ölkələrindən yeni sərmayədarların cəlb edilməsi nəticəsində, 10 faizədək azalacaq. AİŞ-in iştirak payı 25 faiz təşkil edəcək. O, bunun üçün $14 mln. ödəyəcək.

İyunun 5-nə olan rəsmi məzənnə - 0,8209 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti