...

Azərbaycanda yodlaşdırılmış duzun istehsalı üzrə zavodun tikiləcəyi yer müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun/ Trend müxbir İ.Xəlilova/ Azersun Holding və "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC-nin təsis etdiyi ""Azərbaycan duzu" İstehsalat Birliyi" yodlaşdırılmış və saflaşdırılmış qida duzunun istehsalı üzrə yeni zavodun yerləşəcəyi yeri müəyyən ediblər. AİŞ icraçı direktorunun müavini Riad Qasımov bazar ertəsi bildirib ki, zavod Masazır gölü yaxınlığında tikiləcək.

Onun sözlərinə görə, İsveçrənin Evoterm şirkəti artıq zavodun tikintis üçün lazımi avadanlığı respublikaya gətirib.

Tikinti işlərini Türkiyənin İnova şirkəti aparacaq. AİŞ direktorunun müavini hesab edir ki, işlər il ərzində başa çatacaq. Layihə 10 mln. manat qiymətləndirilir. İnvestisiya şirkəti layihəyə $2,9 mln. yatırmaq niyyətindədir və "Azərbaycan duzu"nun kapitalında 25 faiz iştirak payı alacaq.

İnvestisiya layihəsinin əsas məqsədi Masazırda yodlaşdırılmış və saflaşdırılmış qida duzu istehsalı üzrə zavodun tikilməsidir. Yodlaşdırılmaq üçün duz Masazır gölündə yerləşən sahələrdən toplanacaq. Bundan əlavə, Türkmənistandan tədarük nəzərdə tutulur.

Zavodda hər gün 100 ton yodlaşdırılmış qida duzu istehsal etmək planlaşdırlır. İllik istehsal 30 min ton təşkil edəcək.

UNİCEF-in donor dəstəyi ilə həyata keçirilən "Yod və yodlaşdırılmış universal duz çatışmazlığı problemi" layihəsi yod çatışmazlığı probleminin aktuallığını göstərib.

İyunun 9-a olan rəsmi məzənnə - 0,8169 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti