Azərbaycan, Bakı, 12 iyun/ Trend Cap , müxbir İ.Xəlilova/ Bakıdailk dəfə olaraq, Özəl Sektorun İnkişafı İslam Korporasiyası (İCD, İslam İnkişaf Bankı qrupuna daxildir) Direktorlar Şurasının iclası keçirilir. Birgünlük səfərlə ölkəyə gəlmiş İİB prezidenti Əhməd Məhəmmədəli iclasda iştirak edir. Bu barədə cümə axşamı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat veriblər. Məhəmmədəli artıq dövlət başçısı İlham Əliyevlə görüşüb. İİB prezidenti görüşdə qrupun və korporasiyanın ölkədə layihələrin maliyyələşdirilməsinə maraq göstərdiyini və onların Azərbaycan üzrə portfelin ikiqat artırılmasına hazır olduqlarını bildirib.
Bu gün ölkədə bankın portfeli $300 mln., korporasiyanın - $20 mln.
təşkil edir.
Azərbaycan İCD-nin üzvü olmadığından, direktorların görüşündə iştirak etmir. Lakin, Azərbaycan İİB-in üzvüdür və 1999-cu ildə Ciddədə yaradılmış İslam Korporasiyası səmlərinin 50 faizi ona məxsusdur.
Korporasiya direktorlarının iclası iyunun 13-də keçiriləcək Caspian International Investment Company-nin birinci investisiya konfransı ilə üst-üstə düşüb. Şirkət İCD və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) iştirakı ilə ötən il noyabrın 29-da təsis edilib.
İİB prezidentinin konfransda iştirakı nəzərdə tutulmayıb. Lakin İslam Korporasiyasının Baş direktoru Xaled Abudi iclasda iştirak edəcək. Onun nümayəndə heyətində Fars körfəzi ölkələrindən 30 sərmayədar təmsil olunacaq. CİİC-in əsas vəzifəsi ərəb sərmayədarlarının sərmayələrini cəlb edilməsidir.
Fars körfəzi sərmayədarlarından bu ölkəyə $70 mln. cəlb edilməsi gözlənilir. CİİC-də nəzərdən keçirilən layihələr kommersiya daşınmaz əmlakı (ofis və binalar), loqistika və infrastruktur sahələrinə toxunurlar.
İki il ərzində Caspian International Investment Company-nin kapitalına $70 mln.-dək vəsait cəlb olunacaq. İlkin mərhələdə o, $3-4 mln. səviyyəsində formalaşdırılacaq.
Bu mərhələdə İslam Korporasiyasının Caspian International Investment Company-də iştirak payı 75 faiz təşkil edirsə, iki il ərzində Yaxın Şərq və Fars körfəzi ölkələrindən yeni sərmayədarların cəlb edilməsi nəticəsində, bu rəqəm 10 faizədək azalacaq. AİŞ-in iştirak payı 25 faiz təşkil edəcək. O, bunun üçün $14 mln. ödəyəcək.
İyunun 12-nə olan rəsmi məzənnə 0,8184 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap