...

Azərbaycan Maliyyə Nazirliyi aktuariyalar üçün kursların keçirilməsini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2008 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend / Yaxın gələcəkdə, beynəlxalq təcrübəyə müvafiq olaraq, Azərbaycanda maliyyə stabilliyi üzrə lisenziyalaşdırılmış aktuariyaların hesabatı, ödəmə qabiliyyəti, sığorta şirkətlərinin dövlət orqanlarının sığorta nəzarətinə təqdim etdiyi sığorta ehtiyatlarının formalaşdırılmasının təsdiq olunması üzrə tələblərinin qanunvericiliyə daxil edilməsi planlaşdırılır. Bu barədə cümə axşamı maliyyə nazirliyindən bildirilib.

Azərbaycanda aktuar işinin inkişafı məqsədi ilə Maliyyə Nazirliyi və Azərbaycanın Sığortaçılar Assosiasiyası "West-East Management Institute" ilə birgə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə "Maliyyə stabilliyi üçün tərəfdaşlıq" Proqramı çərçivəsində, aktuar hesablama üzrə tədris proqramının keçirilməsi planlaşdırılır.

Proqram dörd tədris kursundan ibarət (iki baza və iki xüsusi) olub, aktuar fəaliyyətinin aşağıdaki sahələrini əhatə edir: faiz nəzəriyyəsi, ümumi sığorta və özünü sığorta, həyat sığortası, təqaüd sığortası və sosial təminat, sərmayə, sığorta təşkilatlarının maliyyə hesabatı, stoxastik modelləşdirmə.

Tədris proqramı çərçivəsində, aktuar hesablamalar üzrə təcrübəli mütəxəssis Maykl Zi ("FSA", "FCIA") və Qazaxıstan Aktuar Cəmiyətinin nümayəndələri tərəfindən aparılacaq. Proqramın birinci kursu - "faiz tariflərinin nəzəriyyəsi və həyat sığortasının təsadüfi prosesləri" - iyulun 14-dən avqustun 9-dək keçiriləcək. Kurs aşağıdaki mövzuları əhatə edəcək:

Aktuariyalar üçün peşə etikası;

Faiz nəzəriyyəsi;

Annuyentlər və ipoteka;

İstiqraz vərəqələri;

Həyat sığortasında təsadüfi proseslər və sığorta annuyentləri;

Həyat sığortası;

Baza statistikası.

Dərslər həftədə beş gün keçiriləcək. Hər tədris gününün yekununda testlərin keçirilməsi nəzərdə tutulub. Kursu uğurla bitirənlərə müvafiq sertifikatlar veriləcək və ikinci kursa keçmə hüququnu əldə edəcəklər. Məruzələr ingilis dilində (rus dilinə tərcümə edilərək), təcrübi məşğələlər isə, rus dilində keçiriləcək.

Kursda iştirak etmək istəyənlər riyaziyyat üzrə aşağıdaki baza biliklərinə malik olmalıdırlar:

Məbləğ, vurma hasili, ədəd qrupunun orta, maksimal və minimal qiymət anlayışı.

Sadə faiz və mürəkkəb faiz;

Diskont tarif faizi, faizin artması;

Çoxhədlilərin differensasiyası, kəsir funksiyası, eksponent, loqarifm;

Çoxhədlilər və eksponentlərin sadə inteqralları;

Ədəd qruplarının orta, mediana, moda, dispersiyası;

Binominal bölgü, bərabər bölgü.

Xəbər lenti

Xəbər lenti