...

АYİB əməkdaşığın genişləndirilməsi üçün Azərbaycanın inkişafını izləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2008 03:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend / Azərbaycan sahibkarlığının inkiшafı və biznes-iqlimin yaxшılaшması daima Avropa Bankının (AYIB) diqqət mərkəzindədir. Bu barədə cümə axşamı Bakıda, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə AYIB-in Qafqaz, Moldova və Belarus üzrə direktoru Mayk Devi məlumat verib.

Tərəflər görüşdə yeni sement zavodunun və özəl elektrik stansiyasının tikintisində AYIB-in iştirakını müzakirə ediblər. Bu barədə naziriliyin cümə axşamı yayılan məlumatında bildirilir.

Tərəflər tikinti sektorunun inkişafı və sement bazarında azad rəqabətin genişlənməsi ilə əlaqədar sement zavodunun tikintisinin vacibliyini qeyd ediblər.

Görüş zamanı iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, bankın ölkə ilə qarşılıqlı əməkdaşlığı hər iki tərəf üчün maraqlıdır və gələcəkdə bu münasibətlər möhkəmləndiriləcək.

Nazir bildirib ki, Azərbaycan beynəlxalq maliyyə institutları, o cümlədən Avropa Bankı ilə əməkdaşlığa xüsusi diqqət verir.

Azərbaycan 1992-ci ildən AYIB-in üzvüdür. Bank Azərbaycana ümulikdə 478 mln. avro kredit ayırıb.

Xəbər lenti

Xəbər lenti