...

Azərbaycan hökuməti yoxsulluq problemini tamamilə ləğv etmək niyyətindədir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2008 15:41 (UTC +04:00)
Azərbaycan hökuməti yoxsulluq problemini tamamilə ləğv etmək niyyətindədir - nazir

Azərbaycan, Bakı, 25 iyun/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan hökuməti Azərbaycanda yoxsulluq problemini tamamilə ləğv etmək niyyətindədir. Bu barədə çərşənbə günü Qarabağ əlilləri və Qarabağ müharibəsində həlak olanların ailələri üçün binanın açılışında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycan prezidentinin çərşənbə axşamı təsdiq etdiyi "2008-ci ildə Azərbaycanda ehtiyac meyarı haqqında" Qanuna dəyişiklik və əlavələrə əsasən, ehtiyac meyarı 45-dən 55 manatadək artırılıb.

"Dövlət ünvanlı sosial yardımı haqqında" Qanuna edilən dəyişiklik və əlavələrə əsasən, ÜSY-nin məbləği 45-dən 55 manatadək artırlıb, iyulun 1-dən, sənədlərin qeydiyyatından sonra, Azərbaycanda ÜSY-nin alınması altı aydan 1 ilədək uzadılıb. Bundan sonra ölkədə daimi yaşayan əcnəbilər də ÜSY alacaqlar. ÜSP-nin ödənilməsindən imtina müddəti iki ildən bir ilədək azaldılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti