...

Azərbaycanın MBASK sığorta şirkəti 60 mininci turisti sığortalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend / Azərbaycanın iri sığorta şirkətlərindən biri olan MBASK bazar ertəsi xaricə gedən vtəndaşların sığortalanması proqramı çərçivəsində 60 mininci turist ilə sığorta müqaviləsi bağlayıb. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.

"Bu istiqamətdə liderliyi qoruyub saxlamağa imkan verən amillər yüksək iş keyfiyyəti, müştərilərə qısa xidmət müddəti və təmiz maliyyə siyasətindən ibarətdir", - deyə şirkətin İdarə Heyətinin sədri Cəmil Məlikov şərh edib.

Bütün fəaliyyətimiz dövründə 60 min turisti sığortalamağımız bunu göstərir. Son üç ildə isə, 300 min dollardan artıq məbləğdə yüzlərlə sığorta hadisəsini nizamlamışıq.

"Ümid edirik ki, tezliklə 100 mininci müştərimizi təbrik edəcəyik", - deyə Məlikov bildirib.

MBASK sığorta şirkətinin xidmət göstərdiyi əsas türizm istiqamətləri Türkiyə və Misirdir. Lakin şirkətin polisləri həmçinin Asiya, Yaxın və Uzaq Şərq, Avropa və Amerikada da etibarlı iş aparır.

1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK sığorta şirkəti sığortanın 29 növü üzrə xidmət göstərir. Onlardan dördü icbaridir. Şirkətin Nizamnamə kapitalı 2 mln. manat təşkil edir. MBASK-ın səhmlərinin 30 faizi 2005-ci ilin yanvar ayından AYİB -a məxsusdur.

Xəbər lenti

Xəbər lenti