...

Azərbaycanda ipoteka kreditləşməsinin kommersiyalaşdırılması üzrə təkliflər yenilənib – AMB İdarə Heyətinin sədr müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2008 15:45 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditləşməsinin kommersiyalaşdırılması üzrə təkliflər yenilənib – AMB İdarə Heyətinin sədr müavini

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Milli Bankın Azərbaycanın İpoteka Fondunun (AİF) gələcək fəaliyyətinin təmin edilməsi üzrə təkliflərini yeniləyib və onları ölkə hökumətinə təqdim edib. Bu barədə çərşənbə axşamı AMB İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib. İkinci yarımildən prosesin başlayacağı barədə bəyanatların verilməsinə baxmayaraq, o, bununla əlaqədar AİF vasitəsilə kreditlərin verilməsinin bərpa müddətini bildirməkdə çətinlik çəkib.

"Hazırda dövlət orqanlarının iştirakı ilə fəal müzakirələr aparılır, - Aslanlı qeyd edib. Daxil olan təkliflər əsasında yeni təkmilləşdirilmiş təkliflər hazırlanıb".

İpoteka kreditlərinin verilməsi prosesinin başlamasına qərar verilməsi tələb olunur. Yaxın günlərdə ipoteka təcrübəsinin kommersiyalaşdırılması üzrə təkliflər paketi qəbul olunduğu halda, yaxın iki-üç ayda ipoteka kreditləşməsini bərpa etmək mümkün olacaq.

"Paralel olaraq, biz ipoteka kreditləşməsi təkliflərinin təsdiqindən sonra bazar şərtlərinə müvafiq olaraq, vəsaitlərin cəlb edilməsinin davam etdirilməsinin mümkünlüyünü göstərən yerli və xarici sərmayədarlardan vəsaitlərin cəlb edilməsi üzrə araşdırmalar aparırıq", - AMB İdarə Heyətinin sədr müavini hesab edir.

Onun rəyinə görə, İpoteka Fondunun mexanizminə müvafiq təklif olunan kredit şərtlərinin analoqu yoxdur və çox sadələşdirilib. İpoteka üçün xarici maliyyələşdirmənin cəbl edilməsi ilə bağlı problemlər məhz bununla, həmçinin, ipoteka kreditləri şərtlərinin sosial xarakterli olması ilə əlaqədardır. Bu mexanizmin davamlı olması üçün şərtləri bazar şərtlərinə uyğunlaşdırmaq lazımdır ki, bu da həmin maliyyə alətinin parametrlərinin (müddət, faizlər və s) sərmayədarlar tərəfindən qəbul edilə biləcək səviyyəyə gətirilməsini tələb edir.

Hazırda dünya maliyyə bazarları likvidlik böhranı yaşayırlar. Amerika və Avropa bankları ipoteka kreditləşməsi ilə bağlı yeni itkilər barədə məlumat açıqlayıblar ki, bu da sərmayədarları ehtiyatlı olmağa vadar edir. Buna baxmayaraq, Azərbaycanın bank sisteminin özünəməxsus xüsusiyyətləri var - anderraytinqə tələblər daha sərt və dəqiqdir. Bu tələblər qanunvericiliklə möhkəmləndirilib ki, bu da sərmayədarlara maliyyə alətlərini qiymətləndirməyə və bununla da əlavə məlumat almağa imkan verir. Bundan əlavə, Azərbaycanda ipoteka kreditləşməsi bazarı hələ formalaşma və təşəkkül mərhələsindədir. Ölkədə verilmiş ipoteka kreditlərinin həcmi həm yerli, həm də xarici bazarlardan borlcar cəlb etməyə imkan verir.

AMB- nin təklifləri kompleks tədbirlər nəzərdə tutur - ipoteka kağızları buraxmaqla xarici kapital bazarlarından vəsaitlərin, xarici sərmayədarlardan kredit ehtiyatlarının, sosial ipoteka üçün dövlət büdcəsindən vəsaitlərin cəlb edilməsi.

Ölkədə ipoteka kreditləşməsi AİF-in standartları üzrə 2006 - cı il martın 25 - də başlayıb. Fevralın 7- dən sosial ipotekanın verilməsi başlayıb. İpoteka kreditlərinə tələbat büdcə ayırmalarını ötüb və iyunun ortalarından AİF öz standartları üzrə ipoteka maliyyələşdirməsini dayandırıb. Fond 2005 -2007- ci illərdə dövlət büdcəsindən 46 mln. manat alıb və 2008 - ci ildə daha 34 mln. manat alacaq. Bu vəsaitin 10 mln. manat həcmində ilk tranşı artıq Fondun əvvəllər verdiyi kreditlərin təkrar maliyyələşdirilməsinə ayrılıb. AİF standartları üzrə kredit portfelinin həcmi 67,8 mln. manat təşkil edir. Bankların ümumi ipoteka portfelinin həcmi isə, 250-300 mln. manatdır.

Kreditlər üzrə faiz dərəcələri (AİF standartları üzrə) kommersiya banklarında8 faizdən 18-20 faizədək, müddət 10 ildən 25 ilədək dəyişir.

İyulun 22-nə olan cari məzənnə -- 0,8048 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti