...

Gürcüstanda deflyasiya müşahidə olunur – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2008 20:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 avqust/ Trend müxbir N.Kirtsxaliya/ Son aylarda Gürcüstanda inflyasiyanın səviyyəsi ilk dəfə olaraq 10 faizdən aşağı olub. Bu barədə hökumətin çərşənbə günü keçirilən iclasında Gürcüstanın Baş naziri Lado Qur

enidze məlumat verib.

"İyulda bu göstərici 9,8 faiz olub ki, bu da ümumilikdə ölkə üzrə qiymətlərin azalması prosesinə dəlalət edir", - o bəyan edib.

Baş nazir qeyd edib ki, mayda qiymət artımı 0,7 faiz təşkil edib. İyunda isə qiymətlər 0,1 faiz, iyulda isə 1,2 faiz azalıb. "Bu tendensiyadır və bu çox yaxşıdır", - o vurğulayıb.

Qurgenidze düzgün sikkə-pul siyasəti aparan Gürcüstan Milli Bankına minnətdarlığını bildirib. O vurğulayıb ki, Milli Bank faiz dərəcələrini qaldıran zaman peşəkar hərəkət edib.

"Lakin bununla kifayətlənmək lazım deyil; bizim vəzifəmiz ilin sonunadək inflyasiya səviyyəsini 8 faizədək çatdırmaqdır ki, bu da ölkəmiz üçün normal göstərici olacaq", - Baş nazir vurğulayıb.

Qurgenidze qeyd edib ki, bu gün Gürcüstanda inflyasiyanın səviyyəsi regionda ən aşağıdır. Mövcud deflyasiya fonunda Baş nazir Milli banka kreditlər üzrə faiz dərəcələrini azaltmağı təklif edib, lakin vurğulayıb ki, bu yalnız məsləhətdir və qərarı Milli Bank qəbul etməlidir.

Qeyd etmək lazımdır ki, Gürcüstan Milli Bankına ötən ildən David Amaqlobeli başçılıq edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti