...

Bakıda iri yol ötürücüsünün bir hissəsinin açılışı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir E.İsmayılov/ Çərşənbə axşamı Bakıda "Məşədi Əzizbəyov" metrosu yaxınlığında yeni nəqliyyat ötürücüsünün bir hissəsinin açılışı baş tutub. Bu barədə çərşənbə axşamı "Azəryolservis" ASC - dən bildiriblər.

Yol ötürücüsünün "Ziya Bünyadov prospekti ї Qara Qarayev prospekti" hissəsinin açılış mərasimində dövlət başçısı İlham Əliyev iştirak edib.

Ümumiyyətlə bu yol ötürücüsü doqquz körpü və 11 trası özündə birləşdirir. Ötürücünün ümumi sahəsi 3600 metr uzunluğundadır. Bakıda ilk dəfə olaraq burada asma körpü quraşdrılacaq. 325 metr uzunluğunda olacaq bu körpü, iki dayaqda yerləşəcək. O, aeroporta aparan avtomobil yolunadək uzadılacaq.

Bütün işlər Azərbaycan prezidenti İlham Əliyevin "2006-2007 - ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdiriliməsiə dair" sərəncamı üzrə Bakıda nəqliyyat infrastrukturu işinin yüngülləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti