Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir R.Novruzov/ "2009-cu ilin ortalarında Azərbaycanın paytaxtında ABŞ Kommersiya Departamentinin kommersiya xidmətləri üzrə ofisi açılacaq", - cümə günü Bakıda keçirilmiş mətbuat konfransında Departament katibi köməkçisinin müavini Pol Dayk deyib.
Yeni ofis mallarını Azərbaycana ixrac etməkdə Amerika şirkətlərinə kömək etməklə, iki ölkə arasında ticarət əlaqələrinin səmərəliliyini liyini artrmağa kömək edəcək", - Dayk qeyd edib.
Onun fikrincə, Azərbaycanda, ABŞ - ın xeyli şirkətinin təmsil olunduğu hasilat sektoru nəzərə alınmamaqla, Amerika şirkətləri üçün, aqrar sektordan informasiya texnologiyalarınadək, böyük imkanlar var.
Kommersiya xidmətləri üzrə ofis Amerika ixracatçıları üçün imkanlar axtarılmasına kömək edəcək. Onun fəaliyyətinə Azərbaycan və ABŞ bazarlarının yaxınlaşdırılması da daxildir.