Azərbaycan, Bakı, 02 oktyabr / Trend / Aparıcı Avropa banklarından biri "West-East bank" (Lüksemburq) Azərbaycanın "Unileasing" şirkətinə 5 mln. dollar həcmində kredit ayırıb. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında bildirilir.
Xarici bankın ayırdığı vəsaitin lizinq əməliyyatlarının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.
Bu kredit xətti, Azərbaycan bankının beynəlxalq arenada növbəti uğurlu layihəsidir. 2005-ci ildə İslam Özəl Sektorun İnkişafı Korporasiyası özəl sahibkarlığın inkişafı layihəsi çərçivəsində "Unileasing"ə 1,7 mln. dollar, 2006-cı ildə Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası lizinq bazarının inkişafı layihəsi çərçivəsində 5 mln. dollar, 2006-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankı şirkətin lizinq əməliyyatlarını maliyyələşdirmək üçün "Unileasing"ə 3mln. dollar, 2007-ci ildə "Raifaizenbank" (Avstriya) Almaniya və Avstriyadan lizinq obyektlərinin ixracını maliyyələşdirmək məqsədi ilə "Unileasing"ə 400 min avro, 2008-ci ildə ABŞ-dan lizinq obyektlərinin ixracının maliyyələşdirilməsi məqsədi ilə lizinq şirkətinə 2,5 mln. dollar həcmində kredit xətti ayırıb.