...

Rusiya Dəniz Gəmiçilik Registrinin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir E.İsmayılov/ "Rusiya Dəniz Gəmiçilik Registrinin (RDGR) Azərbaycan nümayəndəliyinin İdarə Heyətinə yeni sədr təyin edilib", - deyə bazar ertəsi Registrın keçmiş rəhbəri Dmitri Şestakov bildirib.

RDGR - də kadr dəyişikliyi edilib, Şestakovun əvəzinə, Şaban Quliyev təyin edilib. "Oktyabrın 9- da müqaviləm başa çatır və bundan sonra İdarə Heyətinin sədri vəzifəsini Şaban Aqil oğlu Quliyev icra edcək", - deyə Şestakov bildirib.

Rusiya Dəniz Gəmiçilik Registrinin Azərbaycandakı nümayəndəliyi 1923 - cü ildə təsis edilib. Nümayəndəlik heyəti Gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, dənizdə insan həyatının mühafizəsi və ətraf mühitin çirkləndirilməsinin qarşısını almağa istiqamətlənmiş kompleks vəzifələr yerinə yetirir. Nümayəndəlik mütəxəssisləri RDGR qaydaları və təlimatlarının hazırlanması, Azərbaycan və digər dövlətlərin Dəniz Administrasiyalarının tapşırıqlarının yerinə yetirilməsində iştirak edirlər.

Hazırda əsas diqqət təhlükəli yüklərin daşınmasının təhlükəsizliynə yönəldilir.

Xəbər lenti

Xəbər lenti