...

Azərbaycanda daşınmaz əmlakın qiymətinin xeyli düşəcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2008 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Dünya maliyyə böhranı qısa vaxt ərzində Bakının daşınmaz əmlak bazarında qiymətlərin 40 faiz azalmasına gətirə bilər", - MBA Group Konsaltinq şirkətinin Baş direktoru Nüsrət İbrahimov çərşənbə günü bildirib.

O, əsas səbəblər arasında potensial müştərilər tərəfindən tələbatın azalmasını göstərib. Bu təkrar bazarda mənzilin qiymətinin azalmasına gətirə bilər. Digər tərəfdən, belə yüksək inflyasiya səviyyəsində qiymətlərin azalması çətindir. Səkkiz ayın yekunları üzrə inflyasiya 2007 - ci ilin dekabrı ilə müqayisədə 13 faiz, illik hesablamada  21,3 faiz təşkil edib.

Əksər yerli bankların ipoteka kreditləşməsini dayandırması da mənzillərin qiymətinin azalmasına təsir göstərəcək. İbrahimovun rəyinə görə, mənzilin alınmasına tələbatın azalması nəticəsində, belə vəziyyət qiymətlərin beş faiz düşməsinə gətirəcək.

Öz növbəsində, istehlak tələbatının azalması mənzillərin alqı - satqısı üzrə əməliyyatların 10 faiz azalmasına gətirə bilər.

Ekspertin rəyinə görə, yaranmış vəziyyətlə əlaqədar, aşağıdakı nəticələr gözlənilir: əhalinin daha az riskli sahələrə, məsələn daşınmaz əmlaka vəsait yatırmaq məqsədilə öz depozitlərini banklardan götürməsi, həmçinin, gələn il daşınmaz əmlak bazarında kəskin sıçrayış.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti