...

2009-cu ildə Azersun Holding şirkətinin kağızın təkrar emalı üzrə fabriki istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2008 14:49 (UTC +04:00)
2009-cu ildə Azersun Holding şirkətinin kağızın təkrar emalı üzrə fabriki istismara veriləcək

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir S.Babayeva/ "Azersun Holding 2009-cu ilin dördüncü rübündə istismara veriləcək kağızın təkrar emalı üzrə fabrikin tikintisinə başlayıb", - cümə axşamı mətbuat konfransında holdinqin Biznes və sərmayənin inkişafı şöbəsinin müdiri Mehran Məmmədov deyib.

"Bu növ fabrikin olması Azərbaycan üçün çox vacibdir", - Məmmədov bildirib.

Onun sözlərinə görə, müəssisə Sumqayıtda yaradılan sənaye şəhərciyinin ərazisində yerləşəcək. Layihənin reallaşmasına 30 mln. avro ayrılacaq. Bu məbləğdən 19-20 mln. avadanlığın alınmasına, qalan hissə isə tikinti və infrastruktur işlərinə yönəldiləcək.

Fabrik üçün Avropa istehsalı olan bütün zəruri avadanlıq alınıb.

Müəssisənin istehsal gücü sutkada 150 ton, ildə isə 50 min ton kağız təşkil edir.

Bu fabrikin işə başlaması ilə kağız kompleksinin fəaliyyəti tamamlanacaq, belə ki, hələ 1996-cı ildə holdinqin sərmayələri vasitəsilə Xırdalanda karton fabriki yenidən qurulub.

Hazırda bir ton kağızın istehsalı üçün 2,4 ton oduncaq, 440 ton su, 7600 kVt elektrik enerjisi lazımdır. Bu mənbələrin maya dəyərinin bahalaşması, kağız sənayesinin də qiymətlərinin artacağı barədə proqnozlar verməyə imkan verir. Azersun Holding - də hesab edirlər ki, emal müəssisəsinin tikilməsi təkcə qiymət artımından sığortalanmağa yox, həm də Azərbaycana regionda liderlik mövqeyini saxlamağa, ixrac potensialını artırmağa şəraitin yaradılmasına imkan verəcək.

"Azersun Holding" 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələrinə çay, bitki yağı emalı və paketlənməsi, ticarət və distibyutorluq, tikinti, bank işi, sığorta, karton-kağız məmulatları, ət və tərəvəz konservləri istehsalı, yüklərin daşınması və saxlanılması daxildir. 

Xəbər lenti

Xəbər lenti