Azərbaycan, Bakı, 17 oktyabr/ Trend /Yanvar - sentyabr ərzində Azərbaycanın birjaları 257 hərrac keçirib ki, onların da nəticəsində ümumi məbləği 7,61 mlrd.manat olan valyuta ehiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və texniki-istehsal təyinatlı mallar realizə edilib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, dövriyyənin ümumi həcmi, 2007-ci ilin həmin dövrü ilə müqayisədə, 40 faiz artıb.
Satışın sayı və həcmi üzrə fəallıqda Bakı Banklararası Valyuta Birjası və Bakı Fond Birjası seçiliblər. Onların dövriyyə artımı, müvafiq olaraq, 48,5 faiz və 37,9 faiz təşkil edib.