...

Bakı – Tbilisi – Qars layihəsinin dəyərinə yenidən baxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2008 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbirlər E.İsmayılov, İ.Xəlilova/ Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı - Tbilisi - Qars layihəsinin realizəsi çərçivəsində, dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin dəyərinə yenidən baxılmasının mümkünlüyünü istisna etmir, - Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov çərşənbə axşamı bildirib.

"Qiymətlərin real artımı baş verib və bununla əlaqədar, layihə yenidən qiymətləndirilə bilər", - Pənahov bildirib. Azərbaycan hökuməti Gürcüstan hissəsinin tikintisinə 200 mln. dollar ayırıb.

Onun sözlərinə görə, dəmir yolunun Türkiyə və Gürcüstan hissələrində iş gedir. Əlverişsiz hava şəraiti işlərin sürətinə bir qədər təsir göstərir. "Lakin işlər davam edir və qrafikə əsasən realizə olunacaq", - Pənahov bildirib.

Bakı - Tbilisi - Qars layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda buraxma gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki - Marabda - Tbilisi dəmir yolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək planlaşdırılır. Layihə $422 mln. , müvafiq infrastruktur nəzərə alınmaqla isə, $600 mln. qiymətləndirilir. Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi dəmir yolu" MMC-yə 25 il müddətinə, illik 1 faiz dərəcə ilə $200 mln. kredit ayıracaq. Kredit dəmir yollarının istismarından əldə edilən vəsaitlər hesabına ödəniləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti