...

Bank Standard kreditlərin verilişini 36 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2008 05:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend müxbir N.İsmayılova/ "Bank Standard borcların səmərəli verilməsinin dəstəklənməsinə yönəlmiş kredit siyasəti aparır", - bankın İdarə Heyəti sədrinin birinci müavini Cavid Quliyev çərşənbə axşamı mətbuat konfransında bildirib.

"Biz istehlak kreditlərinin verilməsinin səmərəliliyini artıraraq, "Magnit" və "Unitech" kimi mağazalarla əməkdaşlığı daha da möhkəmləndirmişik", - Quliyev bildirib.

Bank Standard ipoteka kreditləri və iri korporativ kreditlərin verilməsini davam etdirir.

"Əlbəttə, biz dünya maliyyə böhranın təsirini hiss etdik. Bu səbəbdən bank müştərilər üçün minimal itkilərə yönələn kredit siyasəti aparır. Kreditlərin verilməsi şərtlərinə müəyyən dəyişikliklər edilsə də, bu kredit portfelinə təsir göstərməyəcək", - Quliyev bildirib.

Sentyabrın sonuna qədər verilmiş kreditlərin məbləği 441,6 mln. olub, bu göstəricinin artımı 36 faiz (117 mln. manat) təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti