Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir A.Bədəlova/ ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını dəstəkləsə də, bunun üçün ölkənin, təşkilat qarşısında liberal iqtisadiyyatın yaradılması və bürokratiyanın aradan qaldırılması da daxil olmaqla, bir neçə öhdəliyi yerinə yetirməsi lazımdır", - ABŞ - ın ticarət nazirinin müavini Con Sallivan çərşənbə günü Bakıda bildirib.
Sallivanın sözlərinə görə, onun Bakıya səfərinin əsas məqsədi ABŞ - ın Azərbaycana iqtisadi dəstək göstərmək istəyinin nümayişidir.
Ölkənin iqtisiadi bazarında islahatların aparılması üçün hüquqi islahatlar lazımdır. "ABŞ - ın hüquqi xidmətlər üzrə kommersiya departamenti bu istiqamətdə Azərbaycana kömək etməyə hazırdır", - o bildirib.
Sallivanın sözlərinə görə, Azərbaycan biznesin və sərmayələrin inkişafı üçün vacib ölkədir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]