...

ABB - Moskva aktivlərin həcminə görə Rusiya banklarının renkinqində 193-cü yeri tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir N.İsmayılova/ "Profil" jurnalının reytinqinin məlumatlarına əsasən, 2008-ci il sentyabrın 1-nə Azərbaycan Beynəlxalq Bankı - Moskva aktivlərinin həcminə görə (8015,5 mln. rubl) Rusiya bankları arasında 193-cü yeri tutub, - bankın məlumatında bildirilir.

Rusiyada 1126 bank fəaliyyət göstərir.

Hazırda bankın qiymətli kağızlardakı portfeli sıfıra endirilib, kredit portfeli balanslaşdırılıb və Rusiyanın bütün maliyyə sistemi üçün vasitəçi olan ABB- Moskva Vneştorqbank, Qazprombank, Sberbank  və digər iri banklarla işləyir.

"2010-cu ildə aktivlərin, kapitalın, kredit portfelinin ölçüsünə görə Rusiyanın 100 ən iri bankı sırasına daxil olmağı planlaşdırırıq", -  İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.

Bu gün Bankın kapitalı 1 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl təşkil edir.

Ötən il aktivlərinin artımı 80 faiz, kredit portfelinin artımı 72 faiz təşkil edib. ABB - Moskva 2008 - ci ili maliyyə göstəricilərinin 50 - 60 faiz, gələn 20 faiz artımı ilə başa çatdırmağı planlaşdırır.

Bu gün Bankın Moskva, Moskva əyaləti, Yekaterinburq, Sankt-Peterburqda filial şəbəkəsi var.

Müəllifl əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti