...

Azərbaycanda uçot dərəcələrinin Avropa ölkələri və ABŞ-dakı səviyyəyədək endirilməsinə ehtiyac yoxdur – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend / Dünyanın mərkəzi banklarının öz iqtisadiyyatlarını qlobal maliyyə böhranından qorumaq məqsədi ilə əsas faiz dərəcələrini artıq bir neçə dəfə endirməsi ölkə bazarlarına müsbət səmərə verəcək.

Daha çox kreditlər iqtisadiyyatın real sektoruna yönəldiləcək, likvidllik axını o qədər də əhəmiyyətli olmayacaq. Uçot dərəcələrinin endirilməsi kommersiya banklarının kredit-depozit dərəcələrinin enmə prosesinə birmənalı qaydada təkan verəcək. Avropa ölkələrində, o cümlədən əhalinin kreditə bağlı olduğu Azərbaycanda böyük təsir hiss olunacaq.

Avropa Mərkəzi Bankı (AMB) baza faiz dərəcəsini 3,75 faizdən 3,5-dək azaldıb, İngiltərə Bankı tərəfindən növbəti faiz endirimi 4,5 faizdən 3-dək olub. İsveçrə, Çexiya, İsveç, Kanada, Yaponiya mərkəzi bankları və ABŞ FRS-i də bu yolla gedir.

Azərbaycan Milli Bankı (AMB) da uçot dərəcələrinin endirilməsi prosesini davam etdirir. Nəticədə alış üzrə uçot dərəcəsi ilk olaraq illik 15 faizdən 12-dək, daha sonra isə oktyabrın 31-dən başlayaraq indiki 10 faizədək endirilib. Faiz dəhlizinin maksimum həddi 20 faizdən 17 faizədək enib və 15 faizə çatıb, minimum isə 3 faizdən 1 faizədək enib.

Lakin ölkə iqtisadiyyatında gözlənilən müsbət dəyişikliklər fonunda, uçot dərəcələrinin endirilməsinin digər tərəfi də var. Məsələn, depozit dərəcələrinin endirilməsi, fiziki şəxsləin pul axınının müsbət tendensiyasının itkisi təhlükəsi ilə üzləşə bilən kommersiya banklarının mənfəətlərində öz əksini tapa bilər. Azərbaycanda, məsələn, ölkə banklarının illik hesablamlarla depozit bazası 38,5 faiz artıb, əvəzində isə 2008-ci ilin sentyabrında artıq 1,7 faizlik enmə baş verib. Bununla barabər, Azərbaycan bankları hələ ki, dpozitlərin faiz dərəcələrinin dəyişdirilməsini nəzərdən keçirməyiblər və buna gələn ildən tez olmamaqla növbəti il üçün strategiyalarını nəzərdən keçirən zaman baxmağı planlaşdırırlar.

Azərbaycanda uçot dərəcələrinin endirilməsi məcburi deyil və onu Avropa ölkələri və ABŞ-dakı səviyyəyədək endirməyə ehtiyac yoxdur, belə ki, AMB bank sektorunu dünya maliyyə böhranından vaxtında təhlükəsizləşdirib. Azərbaycanın bank sektorunun xarici borclanması cəlb edilən vəsaitlərin ümumi həcmindən 18 faiz təşkil edir və 2 mlrd. dollara çatır ki, bu da xarici borcları praktiki olaraq 90-100 faiz təşkil edən digər ölkələrlə müqayisədə minimal rəqəmdir və Azərbaycan banklarını dünya maliyyə böhranının təsirindən təhlükəsizləşdirməyə tam olaraq imkan verir.

Leyla Abdullayeva, Trend analitik mərkəzinin eksperti

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti