Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir A.Bədəlova/ "Ötən həftə Vaşinqtonda keçirilmiş anti-böhran sammitində iştirak edən ölkələrin dünya maliyyə böhranı ilə mübarizə məqsədilə əməkdaşlığın zəruri olmasını dərk etmələri müsbət nəticədir", - Rusiyanın maliyyə nazirinin müavini Dmitri Pankin bazar ertəsi "Vesti" telekanalının birbaşa efirində yayımlanan mətbuat konfransında bildirib.
"Aydın oldu ki, müxtəlif qiymətləndirmə və yanaşmalardan çıxış etsək də, arqumentləri dinləyə, kompromisslərə gedə bilərik", - Pankin bildirib.
RF maliyyə nazirinin sözlərinə görə, sammitin əsas nəticəsi birgə bəyannamə olub.
Bəyannamədə hazırki böhranın səbəblərinin müəyyən edilməsi əsas yerlərdən birini tutur. "Böhranın əsas səbəbi kimi risklərin lazımi qiymətləndirilməməsinin nəzərdən keçirildiyi Amerika variantından fərqli olaraq, birgə sənəddə böhranın əsas amili kimi makroiqtisadi siyasətin uzlaşdırılmaması müəyyən edilib", - Pankin bildirib.
Onun sözlərinə görə, digər başlıca məsələ böhrandan çıxış üçün həyata keçirilməli olan tədbirlər olub. Müəyyən edilib ki, pul siyasətində həyata keçirilən tədbirlər kifayət deyil.
"Faiz dərəcələrinin azaldılması iqtisadi səmərə vermir. Fiskal siyasət tədbirlərindən istifadə etmək lazımdır", - Pankin bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]