...

AİB dünya maliyyə böhranı fonunda sərmayə proqramlarına yenidən baxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Asiya İnkişaf Bankı (AİB) dünya maliyyə böhranının güclənməsinə baxmayaraq, banka üzv ölkələrdə sərmayə proqramlarının realizəsini dayandırmayıb", - bankın vitse -prezidenti Hyu Jao (Xiaoyu Zhao) cümə günü Bakıda bildirib.

"Lakin vəziyyəti nəzərə alarq, bütün proqramlarımıza və onların səmərəliliyinin artırılması üçün layihələrimizə yenidən baxırıq", - vitse - prezident bildirib.

Onun rəyinə görə, bu gün Bakıda keçirilmiş Mərkəzi Asiya Regional Əməkdaşlıq (CAREC) Proqramı üzrə nazirlər konfransı - dünya böhranı dövründə - zamanında keçirilir.

"Maliyyə böhranı fəallaşıb, qloballaşma dövründə o, ölkələrin hər birinə təsir edəcək və heç kim onun təsirindən qaça bilməyəcək, - Jao bildirib. - Hesab edirəm ki, böhrana üstün gəlmək üçün hər bir ölkə üçün müxtəlif yanaşmalarla vahid strategiya işləmək lazımdır".

Bununla əlaqədar olaraq, AİB regionda prioritet istiqamətləri seçib - nəqliyyat və enerji sektorları. Bank bu sektorları bir-biri ilə əlaqələndirmək niyyətindədir.

AİB - in vitse - prezidenti Hyu Jao Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə və özəl sektorda əməliyyatlar üzrə departamentlərə nəzarət edir.

Azərbaycan hökuməti AİB ilə 1999 - cu ildən əməkdaşlıq edir və indiyədək bank ölkə üçün dövlət zəmanəti altında 304 mln. dollar məbləğində kredit təsdiqləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti