...

Almaniya İnvestisiya Şirkəti DEG Azərbaycan bankına ipoteka krediti təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2008 21:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr/ Trend / Azərbaycanın Bank Respublika bankı və Almaniya İnvestisiya Şirkəti DEG 12,5 mln. ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıb, - bankın cümə günü yayılan məlumatında bildirilir.

Kredit müqaviləsi 8 il müddətinə imzalanıb ki, bu da Bank Respublika-nın resurs bazasını uzunmüddətli dövr üçün artırmağa və resursların diversifikasiya səviyyəsini yüksəltməyə imkan yaradır. Bu müqavilə çərçivəsində vəsaitlər ipoteka kreditləşməsi üzrə əməliyyatların maliyyələşdirilməsinə yönəldiləcək.

Almaniya İnvestisiya Şirkəti DEG ilə iri kredit müqaviləsinin imzalanması Bank Respublika-nın uğurlu fəaliyyətinin və tanınmış beynəlxalq maliyyə təşkilatlarının Banka yüksək etibarının göstəricisidir, bu isə hazırda dünyadakı iqtisadi böhran fonunda xüsusi ilə diqqətəlayiqdir. İmzalanmış kredit müqaviləsi Bank Respublika-nın dünyada gedən iqtisadi proseslərə baxmayaraq dinamik inkişafını göstərir.

Bank Respublika 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın aparıcı banklarındandır. Bankın səhmdarları sırasında 25% + 1 səhm payla Almaniyanın 2 böyük maliyyə təşkilatları da mövcuddur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT.

Bank Respublika Moody's Investors Service tərəfindən milli və xarici valyutada olan depozitlər üzrə B2 dərəcəli "stabil" proqnozlu uzunmüddətli reytinqə malikdir.

2008-ci il noyabrın 1-nə Bank Respublika-nın aktivləri 386 mln., kredit portfeli - 272 mln., depozit portfeli - 139 mln. təşkil edir. 2008-ci ilin ötən 10 ayı ərzində Bank Respublika-nın aktivlərinin artımı 52%, kredit portfelinin artımı - 71%, depozit portfelinin artımı - 25% olmuşdur.

Hazırda Bakı və regionlarda Bank Respublika-nın 30 filial və şöbəsi fəaliyyət göstərir.

Noyabrın 28-nə olan cari mübadilə məzənnəsi -- 0,8079 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti