...

Azərbaycan iqtisadiyyatı yüksək artım tempini saxlayıb – BVF

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2008 11:48 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı yüksək artım tempini saxlayıb – BVF

Azərbaycan, Bakı, 30 dekabr/ Trend , müxbir N.İsmayılova/ 2008-ci ilin ilk 10 ayında Azərbaycan iqtisadiyyatı olduqca yüksək artım tempini saxlayıb. Bu barədə dekabrın 10-dan 17-dək Azərbaycanda olan Beynəlxalq Valyuta Fondu (BVF) missiyasının hesabatında bildirilir.

Hesabatda bildirilir ki, avqust ayından şelfdə hasilat ilə bağlı yaranan texniki problemlər və xarici amillər ilə izah olunan bəzi gecikmələrə baxmayaraq neft sektorunda artım 10 faiz təşkil edir.

"Ölkənin qeyri-neft sektoru olduqca əhəmiyyətli büdcə stimuluna fəal reaksiya verib və iqtisadi artım tempi əsasən tikinti, xidmət və kənd təsərrüfatı sahələrində sabit artımın hesabına təqribən 15 faizədək artıb", - deyə hesabatda bildirilir.

Apreldən oktyabradək olan dövrdə inflyasiya 20 faizdən artıq olub ki, bu da daxili təklifləri məhdudlaşdıran amillərin arası kəsilməyən təsiri və ərzaq və xammal mallarının dünya üzrə qiymətlərinin artması fonunda uyğunlaşdırılmış pul-kredit siyasəti və genəldici vergi-büdcə siyasəti ilə təmin olunan fəal daxili tələbat ilə bağlıdır.

Neft ixracı həcmlərinin və neft qiymətlərinin avqustadək davam edən sürətli artımı, həmçinin 2008-ci ildə neft konsorsiumunun mənfəət bölgüsü üzrə müqavilə şərtlərinin hökumətin xeyrinə dəyişməsi xarici mövqeyin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə və əhəmiyyətli dərpəcədə xarici aktivlərin yığılmasına yardım edib.

Sentyabrın sonuna olan vəziyyətə görə, Azərbaycanın ümumi rəsmi rezervləri və Dövlət Neft Fondunun aktivlərinin məcmusu 16 mlrd. dollar təşkil edib ki, bu da dövlətin xarici borclarını altı dəfə üstələyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - capital

Xəbər lenti

Xəbər lenti