...

Azərbaycan Parabank-ının kredit portfelinin həcmi yanvar - noyabrda  xeyli artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir N.İsmayılova /

2008 - ci lin 11 ayı ərzində Azərbaycan Parabank-ının kredit portfelinin həcmi 89,5 faiz artıb və hesabat dövrünün sonunda 41,1 mln. manat təşkil edib. Bu barədə bankın məlumatında bildirlir.

İl ərzində bu göstərici iki dəfə artıb. Hesabat dövrünün yekununda Parabank-ın fiziki şəxslərə verdiyi istehlakçı kreditlərinin həcmi 4 mln. Manta olub.

Bankın depozit portfeli 2008-ci ilin 11 ayı ərzində 88,5 faiz artıb və 2008-ci il dekabrın 1-nə olan vəziyyətə görə, 34,7 mln. manata çatıb. Göstərilən dövr ərzində banka həvalə olunmuş təcili depozit həcmi 103,2 faiz artıb. 2008 - ci ilin yanvar - noyabrı ərzində fiziki şəxslər tərəfindən banka yatırılan əmanətlər iki dəfədən çox artıb və ötən ilin dekabr ayının 1-nə olan vəziyyətə görə, 31,6 mln. manat təşkil edib. Belə yüksək artım bankın məhsul çeşidi və xidmət coğrafiyasının genişləndirilməsi hesabına əldə olunub.

Ötən ilin son beş ayı ərzində Parabank dörd filial açıb və  bazara "Multivalyuta əmanətləri" və "İnam Depoziti" kimi bir neçə yeni depozit məhsulu təqdim edib.

2008 - ci ilin 11 ayı ərzində Parabank-ın aktivləri  61,8 faiz artıb və 2008 - ci il dekabrın 1-nə olan vəziyyət üzrə, 66,9 mln. manat səviyyəsinə çatıb. Bu göstərici üzrə ümumi illik artım 73,3 faiz təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalının həcmi 11,9 mln. manata bərabər olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə, bankın ümumi gəlirləri 79,4 faiz artıb və hesabat dövrünün sonunda 9,2 mln. manat, o cümlədən faiz gəlirləri 7,4 mln. manat, qeyri-faiz gəlirləri 1,8 mln. manat təşkil edib. Noyabr ərzində bankın ümumi gəlirlərinin artımı 12 faizə bərabər olub.

2008 - ci ilin noyabr ayı ərzində  bank tərəfindən istifadəçilərə təqdim olunan plastik kartların sayı 12,4 faiz artıb və dekabrın əvvəlinə olan vəziyyətə görə, 1757 ədəd təşkil edb.  Bank tərəfindən quraşdırılan bankomatların sayı doqquz,  POS-terminalların sayı isə 137 olub.

Parabank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Yanvarın 15-nə olan cari məzənnə 0,8037 AZN/USD təşkil edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı-  [email protected]

Xəbər lenti

Xəbər lenti