...

Avstriyada 300 mindən çox insan işsiz qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2009 16:01 (UTC +04:00)

Avstriya, Vyana, 02 fevral/ Trend , müxbir A.Ələsgərov/ Dünya maliyyə böhranı Avstriyanın əmək bazarına təsir göstərib. Yanvarda bu ölkədə 301 mindən çox insan işsiz qalıb. Bu rəqəm 2008-ci ilin yanvarından 12 faiz və ya 32,77 min nəfər çoxdur, - "Österreicher" qəzeti xəbər verib.

Ötən ilin yanvarı ilə müqayisədə gənclər arasında işsizlik 22,9 faiz artıb.

Qadınlar arasında işsizlik kişilərlə müqayisədə xeyli azdır - müvafiq olaraq 6,2 və 15,6 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti