Azərbaycan, Bakı, 20 fevral / Trend / Azərbaycan bankı UniBank "Hər kəsə hədiyyə" aksiyasının müddətini 3 ay uzadıb. Bu barədə bankın məlumatında bildirilir.
"Aksiyanın keçirildiyi müddət ərzində bizə dəfələrlə "Hər kəsə hədiyyə" aksiyasında iştirak etməkdə olduqca maraqlı olan müştərilər müraciət edirdilər. Lakin bu müştərilər pul vəsaitlərini yazın əvvəlində və ortasında əldə edəcəklərinə ümid edirdilər - bu vəsaitlər həm iş yerindən alınacaq illik mükafatlardan, həm də pul köçürmələrinin yaz bayramlarına təsadüf edən ənənəvi böyük axınından ibarətdir. Buna görə də, öz müştərilərimizin istəklərinə şərik olaraq, biz aksiyanın müddətinin uzadılması qərarına gəldik", - deyə Unibank-ın pərakəndə xidmətlər üzrə direktoru Faiq Zeynalov bildirib.
"Aksiyanın keçirilməsinin ilkin müddəti ərzində biz 360-dan artıq "müddətli" depozit əmanətçisinə ümumi məbləği 56,4 min manat təşkil edən hədiyyələr təqdim etmişik, - deyə Unibank-ın pərakəndə xidmətlər üzrə meneceri Rəşad Mayılov qeyd edir, - ümumiyyətlə isə, aksiyanın keçirildiyi müddət ərzində bank 14 mln. manat məbləğində yeni vəsait cəlb edib, habelə bundan əvvəl yatırılmış "Müddətli" depozitlərin vaxtını uzadıb".
Xatırladaq ki, Unibank yeni "Hər kəsə hədiyyə" aksiyasını ötən ilin dekabr ayının 1-də təqdim edib. "Hər kəsə hədiyyə" aksiyası çərçivəsində Unibank-ın "müddətli" depozitə pul qoymuş bütün müştəriləri Bankdan 10 AZN-dən 1000 AZN-ə qədər məbləğdə hədiyyələr ala bilərlər. Bu aksiyanın cəlbediciliyi ondadır ki, bu, tiraj deyildir. Bank hədiyyəni depozitin rəsmiləşdirilməsindən dərhal sonra təqdim edir.
"Hər kəsə hədiyyə" aksiyası çərçivəsində "Müddətli" depozitə pul qoymuş bütün müştərilər həm də "Brilyant depozit" aksiyasının iştirakçılarına çevrilirlər və hər ay 3 brilyant udmaq şansı əldə edirlər. Depozitdə olan hər 1000 manat, ABŞ dolları və ya Avro "Brilyant depozit"-də qələbəyə bir şansdır. Əmanətin məbləği nə qədər çox olarsa, brilyantları udmaq şansı bir o qədər çoxdur.
Fevralın 20-nə olan rəsmi məzənnə 0,8062 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]