...

Azərbaycan Vergilər Nazirliyi fevralda 1000-dən çox pozuntu aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir N.İsmayılova /

"Fevralda Azərbaycanda həyata keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticəsində 1145 vergi qanunvericiliyi pozulması faktı aşkar edilib və pozuculara qarşı tədbirlər tətbiq olunub", - Vergilər Nazirliyinin məlumatında deyilir.

Bu pozuntulara 493 nağd hesablaşma, xarici valyutanın ödəmə vasitəsi kimi qəbulu üzrə 117 fakt aiddir.

Bununla yanaşı, vergi orqanlarında qeydiyyata durmadan fəaliyyət göstərən 109 vergi ödəyicisi, 258 xüsusi lisenziya (icazə) olmadan işləyən şəxslər aşkar edilib.

Həyata keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticəsində 50 fiziki şəxsi əmək müqaviləsi olmadan işə cəlb etmiş 47 vergi ödəyicisi ortaya çıxarılıb. 51 vergi ödəyicisi xüsusi fərqlənmə nişanı olmadan sərnişindaşıma ilə məşğul olub. 45 vergi ödəyicisi ictimai yerlərdə valyuta vəsaitlərinin alqı-satqısını həyata keçirib.

Həmçinin 25 vergi ödəyicisində 530,30 manat məbləğində 463 vahid aksiz markası olmayan mal tapılıb.

Martın 6-na olan rəsmi məzənnə 0,805 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti