...

Nar Mobile mətbuat xidməti "İlin ən yaxşı PR xidməti" elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend /

79 təşkilat və şirkətin mətbuat və PR xidmətinin iştirak etdiyi müsabiqədə Azərbaycanın Mobil rabitə olperatoru Azerfon-un (Nar Mobile ticarət nişanlı) mətbuat xidməti biznes sahəsinin "Ən yaxşı PR xidməti" seçilib.

Müsabiqənin qalibləri iştirakçıların fəaliyyətlərini əks etdirən göstəricilərin müqayisə olunaraq ballarla qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilib. Hər bir göstərici üzrə iştirakçıların ballarının cəmlənməsi hesabına iştirakçılar üçün yekun ballar çıxarılıb.

Hər il keçirilən "İlin ən yaxşı PR xidməti" müsabiqəsi  "Press-reliz Yayım Xidməti" KA tərəfindən 2006-cı ildən təşkil olunur. Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.

Azerfon MMC mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir. Hazırda MMC abunəçilərinin sayı bir mln. nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti