...

Azərbaycan və Fransa iqtisadi inkişaf sahəsində əməkdaşlığı yüksək qiymətləndirir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2009 18:56 (UTC +04:00)
Azərbaycan və Fransa iqtisadi inkişaf sahəsində əməkdaşlığı yüksək qiymətləndirir - nazir

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir N.İsmayılova /

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Fransa hökümətlərarası komissiyanın beşinci iclasının yekunları üzrə protokol imzalanıb.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun sözlərinə əsasən, Azərbaycan və Fransa iqtisadi inkişaf sahəsində əməkdaşlığı yüksək qiymətləndirir və onun bundan sonra da genişləndirilməsi niyyətindədir. Onun sözlərinə əsasən, həmçinin digər sahələrdə də əməkdaşlıq imkanlarının genişləndirilməsi planlaşdırılır.

"Komissiyanın bugünkü görüşü iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı maraqların vacib göstəricisidir. Nümayəndə heyətlərinin səfəri çərçivəsində neft-qaz sahəsi ilə yanaşı, tikinti, nəqliyyat, mehmanxana biznesi, aeronavtika sahələrinin də əməkdaşlıq üçün əhəmiyyətli olduğunu qeyd edənlər də var", - deyə Şərifov bildirib.

Xarici ticarət üzrə Fransanın dövlət katibi Ann-Mari İdrakın sözlərinə əsasən, ikitərəfli komissiyası arenada da yer tutur, bu, bugün Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşdə təsdiqlənib. İkinci üstünlük isə ondan ibarətdir ki, komissiyanın işi təkcə neft-qaz sahəsində deyil, ətraf mühitin qorunması və bu kimi digər sahələrdə də cəmlənib.

"Energetika sahəsində Fransa şirkəti tərəfindən məişət artıqlarının yandırılması layihəsinə bənzər layihələrin reallaşdırılması nəzərdə tutulub", - deyə İdrak bildirib.

"Baxmayaraq ki, neft-qaz sahəsi əməkdaşlığımızın əsasını təşkil edir, biz digər sektorlarda da əməkdaşlığımızı genişləndirmək, həmçinin uzunmüddətli investisiyaların yatırılması və yeni texnologiyalar tətbiq etmək niyyətindəyik", - İdrak bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti