...

Azərbaycan standartlaşdırma sahəsində Avstriya və Almaniyanın təcrübəsini öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Babayeva /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti aprelin əvvəlində Twinning layihəsinin standartlaşdırma komponenti çərçivəsində Avstriya və Almaniyaya səfər edəcək. Bu barədə komitənin məlumatında bildirilir.

Səfərdə məqsəd Avstriya və Almaniyanın standartlaşdırma orqanlarının fəaliyyətləri ilə tanışlıqdan ibarətdir.

Səfər çərçivəsində qanunvericilik, standartlaşdırma sahəsində beynəlxalq və regional proseslərdə iştirak, texniki komitələrin fəaliyyəti, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən "Texniki tələblər və uyğunluğun qiymətləndirilməsi haqqında" Qanun layihəsinin hazırlanması, "Standartlaşdırma haqqında" Qanuna dəyişikliklər, Avropa Standartlaşdırma Təşkilatına qoşulma üzrə hazırlıq prosesinin də müzakirə edilməsi planlaşdırılır.

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İcra Hakimiyyətinin standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti üzrə obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və aparılması üzrə mərkəzi orqanıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti