...

Azərbaycan Mərkəzi Bankı və AYİB əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend /

Azərbaycan Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə yeni təyin olunan direktoru Nik Teseyman əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivlərini müzakirə ediblər. Bu barədə MB-nın məlumatında bildirilir.

Görüşdə Azərbaycanda maliyyə sektorunun mövcud vəziyyəti və AYİB-in maliyyə sektorunda iştirakı, böhran şəraitində Azərbaycanda maliyyə dayanıqlığı və Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi monetar siyasət müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti