...

Azərbaycan Hökuməti sənaye müəssisələrinin fəaliyyətinin yaxşılaşdırması üçün tədbirlər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2009 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.İsmayılov /

"Azərbaycanda neft-qaz sahəsi işçilərinin kütləvi ixtisarı müşahidə edilmir", - Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyev bu gün deyib.

"Sözügedən sektorda hər hansı ixtisarlar varsa, bu, müəyyən struktur dəyişiklikləri ilə əlaqəlidir və təqaüd yaşına çatmış şəxslərə şamil edilib. Bu o demək deyil ki, 70-80 yaşına çatmış şəxslər işdən azad olunmalıdır. Yalnız vəzifə borcunun öhdəsindən normal gələ bilməyənlərə aiddir", - Mehbalıyev qeyd edib.

Mehbalıyev "Azərboru" və "Baku Steel Company" müəssisələrinin fəaliyyətinin dayandırılmasını onların məhsullarına bazarın tapılmaması ilə izah edib.

"Bu müəssisələr alıcı tapa bilmədiklərindən əməkdaşlarına əmək haqqı verə bilmirdilər. Belə olduqda işçilər şikayət edə bilməzlər, çünki mövcud vəziyyətin obyektiv səbəbləri var", - Mehbalıyev bildirib.

Onun sözlərinə əsasən, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə hazırda hökumətdə müvafiq işlər aparılır "və ola bilsin ki, yaxın ay yarım-iki ay ərzində müəsssələrin fəaliyyəti bərpa edilsin".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti