Gürcüstan, Tbilisi, 27 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya bugünkü brifinqdə ölkədə mövcud olan siyasi gərginliyin sərmayədarlara olan təsiri ilə bağlı bəyanat verib.
Onun sözlərinə əsasən, sərmayədarlarla yanaşı ölkədə turistlərin sayı da azalıb.
"Bütün bunlara özəlləşdirmə sistemindəki çətinliklər də əlavə olunur. Biz 12 milyon lari həcmində əmlakı hərraca çıxartsaq da, 9 apreldən bəri özəlləşdirmə əməliyyatları nəticəsində dövlət büdcəsinə cəmi 155 min lari daxil olub", - Jvaniya qeyd edib.
Nazir əmin olduğunu bildirib ki, özəlləşdirmə, turizm və investisiya sahələrində müşahidə edilən kəskin enmələr ölkənin iqisadiyyatına təsirsiz ötüşməyəcək və bir neçə ay ərzində özünü biruzə verəcək. O əlavə edib ki, bütün bunlar sadə Gürcüstan vətəndaşının rifahında əks olunacaq.
Jvaniya Gürcüstan rəhbərliyini və müxalifəti ölkənin təhlükəsizliyini təmin edəcək addımlar atmağa çağırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]