Azərbaycan, Bakı, 29 may / Trend /
İyunun 1-dən "Unibank" Kommersiya Bankı ASC, müasir reklam və PR alətləri üzərində qurulmuş, yeni "Bahooo" kommunikasiya konseptinin həyata keçirilməsinə başlayır, bankın məlumatında deyilir.
"Konseptin reallaşdırılması zamanı istifadə olunan söz, bir qayda olaraq, hansısa gözlənilməz hadisə, yeni xəbər və ya xidmətlə tanışlıq zamanı təəccüb və heyrət hissinin ifadə edir", - məlumatda qeyd edilib.
Məşhur nidanın Bankın reklamında səsləndirilməsi vasitəsi ilə müştərilərdə, informativ və vizual şəkildə, onlara təklif olunan xidmətlərin yeniliyi və innovason xarakterli olması təəssüratı formalaşdırılır. Bank xidmətləri bazarında yenilikçi ənənələrinə sadiq olaraq, "Unibank", reklamın informativ-əyləndirici kontenti vasitəsilə, kommunikasiya zamanı həm maliyyə institutunun öz müştərilərinə hörmətini, həm də bütün maraqlı tərəflərə qarşı müsbət münasibətini açıqlayır.
Bu cür yaradıcı yanaşma özünü, müştərilər tərəfindən bankın yeni xidmətləri, tarifləri və layihələri ilə tanışlığa sərf edilən vaxtın effektivliyi və optimallaşdırılması nöqteyi-nəzərindən özünü ən səmərəli yanaşma kimi doğrultmuşdur. Yenilik sayəsində, "Bahooo" konsepti potensial müştərilərə də daha yaxın olmaq və bununla da reklam kampaniyasının gedişində maksimum dərəcədə sinerji effektinin əldə olunmasına imkanı verir. Buna sübut - konseptin həyata keçirilməsinin ilk 10 günündə aksiyada on minə yaxın istehlakçının interaktiv şəkildə iştirakı oldu.
Hazırda "Bahooo" konsepsiyasının yaradıcı üslubunda xarici reklam üçün tizer-bannerlərin dizaynı yerinə yetirilmiş, populyar İnternet-portallarda analoji flash-bannerlərin yerləşdirilməsi həyata keçirilmişdir. İlkin mərhələdə tizer kimi qıcıqlandırıcı reklam məlumatlarında nə xidmətin, nə də onu göstərən şirkətin adı qeyd olunmamışdır. İstehlakçıların diqqətinə www.Bahooo.com saytı təqdim olunub və bu resurs vasitəsi ilə hər kəsə reklam kampaniyasının hansı şirkət tərəfindən keçirildiyini doğru cavablandırmaqla mükafat qazanmaq təklif olunurdu. Sorğunun əsas hədiyyəsi - Türkiyəyə səfərdir, onun sahibi gələn həftənin sonunda on-layn rejimdə keçirilən veb-kast vasitəsilə elan olunacaq.
"Bahooo" konseptinin başlıca prinsipi ondan ibarətdir ki, reklam hər şeydən əvvəl, müştəri üçün maraqlı olmalıdır" - "Unibank"-ın Biznesin inkişafı və marketinq departamentinin rəhbəri Ramin Vəliyev belə hesab edir. Onun sözlərinə görə, Bankın həll etdiyi başlıca məsələ, minlərlə digər reklam mesajları arasında fərqlənəcək kreativ reklamın yaradılması ilə bağlıdır. "İnanıram ki, bizim konsept bank reklamının "darıxdırıcı" və ya məhdud auditoriyaya istiqamətlənmiş olması haqqında stereotipləri dağıdacaq. Yalnız bu zaman Bank, reklamverən tərəf kimi, onun reklam kontentinin lazımi ünvana çatacağına əmin ola bilər", - deyə O qeyd edir.
"Tizer mərhələsində Bankın adı adlandırılmasa da, biz artıq müştəri marağının əhəmiyyətli dərəcədə artmasını müşahidə edirik. Son zamanlar banklar arasında rəqabətin artmasını nəzərə alaraq, biz başa düşürük ki, bazarda liderlərin sırasında qalmaq şansları bahalı daşıyıcıların istifadə edilməsindən yox, reklam xəbərinin keyfiyyətindən asılıdır", - R.Vəliyev fikrini tamamladı.