...

Azersun Holding prezidenti "İlin biznesmeni" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2009 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend  / 

Azersun Holding-in prezidenti Əbdülbari Gözəl "İlin biznesmeni" mükafatına layiq görülüb, bu barədə şirkətin bazar ertəsi yayımlanmış məlumatında deyilir.

İstanbulda "Grand Cevahir" otelində "Zirvələr fəth edən - 2008" mükafatının təqdimatı beynəlxalq First Business binasında baş tutub. Təqdimat mərasimində bir çox biznesmenlər, siyasətçilər, diplomatlar və müxtəlif ölkələrin nümayəndələri iştirak edib. Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətindəki səylərinə görə Əbdülbari Gözəl "İlin biznesmeni" mükafatına layiq görülüb.

Ərzaq məhsullarının istehsalı və ixracı ilə məşğul olan holdinq güclü istehsal potensialı ilə yanaşı, geniş ixrac şəbəkəsinin sahibidir. Holdinq tərkibində fəaliyyət göstərən müəssisələr müasir texnologiyalarla təchiz olunub.

Xəbər lenti

Xəbər lenti