...

Azərbaycanda 200 kq-a yaxın vaxtı ötmüş ərzaq məhsulu satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.İsmayılova /

"İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

"Dövlət Xidmətinin iyulun 7-də keçirdiyi monitorinqlər zamanı pərakəndə satış obyektlərində ümumi çəkisi 200 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilib və satışdan çıxarılaraq məhv edilib", - nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Onların içərisində Bakının Nəsimi, Nərimanov, Yasamal rayonları, həmçinin Gəncə şəhərindəki mağazalarda aşkar edilmiş kolbasa və qənnadı məmulatları, bitki yağları, konservləşdirilmiş tərəvəz məhsulları, süd və süd məhsulları, sərinləşdirici içkilər, həmçinin "Nutrinka malutka", "Malış", "Aquşha" uşaq yeməkləri olub.

Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilən 29 hüquqi şəxsə 112,5 min manat, 148 fiziki şəxsə 222,5 min manat cərimə tətbiq olunub.

İyulun 8-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti