...

Azərbaycanda 250 kq istifadə müddəti ötmüş ərzaq məhsulları və 1,7 ton saxta sement satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir Ü.İsmayılova /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ərzaq malları mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb. Bu barədə nazirliyin çərşənbə günü yayılmış məlumatında deyilir.

Bu qayda pozuntu faktları Bakının Nizami və Binəqədi rayonlarında aşkar olunub.

Saxlama müddəti ötmüş ərzaq məhsulları içərisində kolbasa və qənnadı məmulatları, kərə yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər və s. olub.

Dövlət Xidməti tərəfindən həmçinin Sumqayıt şəhərində tikinti materialları mağazasında 1,7 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, 17 may 2009-cu il tarixindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 173 fiziki şəxsə 260 min manat cərimə tətbiq olunub.

Iyulun 15-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:   capital@trend

Xəbər lenti

Xəbər lenti