Azərbaycan, Bakı, 16 iyul / Trend /
Yanvar-may aylarında Azərbaycana 722 min ton sement və sement klinkeri idxal olunub ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəricidən 18,7 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-may aylarında 310,4 min ton həcmində semet klinkeri idxal olunub ki, bu da keçənilki göstəricidən 21,1 faiz azdır. İdxal olunan klinkerin dəyəri 10,1 milyon dollar təşkil edib ki, bu da keçənilki göstəricidən 17,7 faiz azdır.
Bu dövrdə ölkəyə 411,6 min ton sement idxal olunub. Bu, 2008-ci ilin yanvar-may aylarındakı göstəricidən 16,7 faiz azdır. Bu dövrdə gətirilən sementin dəyəri 17,65 milyon dollar olub ki, bu da keçənilki göstəricidən bir faiz azdır.