...

Ölkənin bir çox regionlarında sığortalamanın təbliğatı məqsədilə aqrar konfransların keçirilməsinə başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir Ü.İsmayılova, İ.Хəlilova /

"Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri - Az Sigorta sentyabrdan etibarən ölkənin bir çox regionlarında aqrar sığortalamanın təbliğatı məqsədilə konfransların keçirilməsinə başlayacaq", - şirkətin İdarə Heyətinin sədri Xəyal Məmmədxanlı deyib.

"Konfranslarda yerli icra orqanlarının nümayəndələri, sahibkarlar, tələbələr iştirak edəcəklər", - Məmmədxanlı bildirib.

Onun sözlərinə görə, belə konfransların keçirilməsində əsas məqsəd sığortanın təbliğatı, aqrar fəaliyyətlə məşğul olan kənd əhalisinin maarifləndirilməsi, bu sahədə yüksək risk səviyyəsi olması səbəbindən sığortanın vacibliyi haqda məlumat verməkdir.

"Azərbaycanda aqrar sektorun sığortalanmasının böyük potensialı var, ondan istifadə etmək lazımdır", - Məmmədxanlı qeyd edib.

Az Sigorta ölkənin sığorta bazarında 2006-cı ilin noyabr ayının 22-dən etibarən fəaliyyət göstərir. Hazırda ölkənin müxtəlif regionlarında şirkətin 8 filialı, həmçinin 40 regional nümayəndəliyi fəaliyyət göstərir. Az Sigorta üçü icbari olmaqla, 28 növ sığorta xidməti göstərir. İlin birinci yarısının nəticələrinə görə, şirkətin haqqları 5,56 milyon manat, ödəmələri 1,95 milyon manat təşkil edib.

İyulun 24-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti