...

Beynəlxalq keyfiyyət reytinqi üzrə tələblər sərtləşdirilə bilər - Azərbaycanın sığorta bazarının iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 16:02 (UTC +04:00)
Azərbaycanın böyük sığorta şirkətlərindən biri Az Sigorta beynəlxalq keyfiyyət reytinqinin alınması üzrə planı bir qədər sonraya ertələyib. Bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbirlər Ü.İsmayılova, İ.Xəlilova /

Azərbaycanın böyük sığorta şirkətlərindən biri Az Sigorta beynəlxalq keyfiyyət reytinqinin alınması üzrə planı bir qədər sonraya ertələyib. Bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.

"Təcrübə göstərib ki, qlobal maliyyə şəraitində hətta "A" kateqoriyalı reytinqə sahib olan şirkətlər də bir gün içərisində iflasa uğrayıblar", - Məmmədxanlı deyib.

Onun sözlərinə görə, beynəlxalq reytinqlər böhran şəraitində özünü doğrultmayıb. Məhz buna görə də şirkət hazırda reytinqin alınması üzrə kriteriyaların mümkün dəyişilməsini gözləyir. Beynəlxalq reytinq şirkətləri beynəlxalq keyfiyyət reytinqinin alınması üzrə tələbləri təkcə dəyişməyəcək, eyni zamanda sərtləşdirəcək.

"Reytinq şirkətləri tələb olunan kriteriyaları elan etdikdən sonra biz beynəlxalq reytinqin alınması üzrə planlarımızı yenidən nəzərdən keçirəcəyik", - deyə Məmmədxanlı bildirib.

2007-ci ildə Azərbaycanın böyük sığorta şirkətlərindən biri Standard Insurance Moody's Investors Service beynəlxalq agentliyindən "müsbət proqnoz ilə B1" reytinqini əldə edib. Hazırda bu, ölkənin özəl maliyyə sektoru üçün ən yüksək reytinq hesab olunur.

Az Sigorta ölkənin sığorta bazarında 2006-cı il noyabr ayının 22-dən fəaliyyət göstərir. Hazırda ölkənin müxtəlif regionlarında şirkətin 8 filialı, həmçinin 40 regional nümayəndəliyi fəaliyyət göstərir. Az Sigorta üçü icbari olmaqla, 28 növ sığorta xidməti göstərir. İlin birinci yarısının nəticələrinə görə, şirkətin haqları 5,56 milyon manat, ödəmələri 1,95 milyon manat təşkil edib.

İyulun 24-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti