...

Azərbaycanın Turizm Nazirliyi "donuz qripi" səbəbindən turist axınının azalmasını gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir Ü.İsmayılova /

İki Azərbaycan vətəndaşında "donuz qripi" (A/H1/N1) virusunun aşkar olunması üzrə iki laboratoriya təhlilinin təsdiqlənməsi səbəbindən ölkədən gedən və ya gələn turistlərin sayının azalması hələ ki müşahidə edilmir. Bu barədə cümə günü Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin turizm sektorunun başçısı Aydın İsmiyev bildirib.  

"Qarşıdakı həftədə turist səyahətinə gedən şəxslər üçün bütün təyyarələrdə demək olar ki boş yer yoxdur", - deyə İsmiyev bildirib.

Onun sözlərinə əsasən, daxili turizmdə də azalma müşahidə edilmir. 

İsmiyev hesab edir ki, bütün buraxılış məntəqələrində, həmçinin kurort zonalarında "donuz qripi"nə qarşı profilaktik tədbirləri gücləndirməklə axının azalmasının qarşısını almaq olar.

Azərbaycanda cümə axşamı "donuz qripi" (A/H1/N1) virusuna yoluxma üzrə ilk fakt qetdə alınıb, bu barədə Azərbaycanın Səhiyyə Nazirliyinin cümə axşamı yayılmış məlumatında deyilir.

Virusa yoluxma faktı Fransa (27 iyul) və Böyük Britaniyadan (29 iyul) səfərdən qayıdan Bakı və Gəncə sakinində aşkar edilib.

Xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir və onlar həkim nəzarəti altında müalicə kursu keçirlər.

Xəstələrlə ünsiyyətdə olan şəxslərlə bağlı da profilaktik tədbirlər həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti