Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir Ü.İsmayılova /
2009-cu ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 faiz artıb", - bazar ertəsi Dövlət Statistika Komitəsindən deyilib. Cari qiymətlərlə ÜDM göstəricisi 17,34 milyard manat təşkil edib. Adambaşına düşən ÜDM həcmi 1968,7 manat (2448,7 dollar) təşkil edib. Artım 1,3 faiz təşkil edib.
Məhsil və ixracdan xalis vergi hesabına 7,2 faiz əlavə dəyər yaradılıb.
İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının ümumi həcmi iki faiz artaraq ÜDM-in 63,3 faizini təşkil edib ki, bunun da əsas hissəsi - 48,2 faizi (8,4 milyard manat) sənayenin payına düşür. Xidmətlər sahəsində əlavə dəyər istehsalının həcmi 29,5 faiz təşkil edib.
Yanvar-iyul aylarında kənd təsərrüfatı, ovçuluq sektoru və meşə təsərrüfatında 1,08 milyard manat əlavə dəyər istehsal olunub ki, bu da ümumilikdə ÜDM-in 6,6 faizini təşkil edib. Tikinti sektorunda bu rəqəm 1,53 milyard manat (ötən illə müqayisədə 0 faiz artım), nəqliyyat - 1,16 milyard manat (1,6 faiz), rabitə və poçt xidməti - 396,3 milyon manat (12,7 faiz), topdan və pərakəndə ticarət, avtomobil, məişət məmulatları və şəxsi istifadə əşyalarının təmiri sahələrində - 1,34 milyard manat (8,4 faiz), restoran və mehmanxana sektorunda - 197,2 milyon manat (15,8 faiz), sosial və digər xidmətlərin göstərilməsində - 2,02 milyard manat (3,6 faiz) təşkil edib.
Avqustun 17-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]