...

Qazaxıstanda orta illik inflyasiya 8,7% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2009 12:33 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 avqust / Trend , müxbir K.Konırova /

Qazaxıstanda altı ay ərzində orta illik inflyasiya 8,7 faiz təşkil edib ki, bu da 2008-ci ilin iyun ayına nisbətdə 10,3 faiz aşağıdır, bu barədə bu gün hökumət iclasında iqtisadiyyat və büdcə planlaşdırması naziri Baxıt Sultanov bildirib.

Onun sözlərinə əsasən, inflyasiya cari ilin iyun ayında 2008-ci ilin dekabrına nisbətdə 3,9 faiz təşkil edib ki, bu da 2008-ci ilin iyun ayı ilə müqayisədə 1,8 faiz aşağıdır.

"İnflayisya proseslərinin nizamlanması üzrə kompleks tədbirlərin görülməsi nəticəsində istehlak bazarında qiymətlərin artım sürətinin azaldılmasına nail olunub", - nazir bildirib.

Onun sözlərinə əsasən, istehlak malları və xidmətləri üzrə qiymətlərin ən çox artımı Cənubi Qazaxıstan (4,4%), Atırausk vilayətində (4,0%), Akmolinsk, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan vilayətlərində və Astana (3.7 %) və Alamatı (4,6%) şəhərlərində qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti